Dünya
Yaponiya Rusiya və Çindən NATO-ya şikayət etdi
Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi NATO ilə bağlı videokonfrans zamanı Çin və Rusiya arasında təhlükəsizliklə bağlı gərginliyin artması səbəbindən “ciddi narahatlığını” ifadə edib.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
“Koizumi NATO-nun baş katibi Mark Rutte və İtaliyanın müdafiə naziri Qvido Krozettoya Çinin Yapon qırıcılarına qarşı atəşə nəzarət radarlarından istifadə etməsi, habelə Çin və Rusiya bombardmançılarının Okinavanın cənubundakı birgə uçuşu ilə bağlı məlumat verib ”, - deyə Yaponiya Müdafiə Nazirliyi bildirib.
Yaponiyanın müdafiə naziri NATO ilə əməkdaşlığı gücləndirmək niyyətini təsdiqləyib. O, həmçinin Yaponiyanın hazırkı hadisələrin “sakit, lakin qətiyyətlə” həll edilməli olduğu mövqeyini təkrarlayıb.
Qeyd edilir ki, bu, Tokionun daha geniş beynəlxalq ictimaiyyətin dəstəyini təmin etmək səylərini nümayiş etdirir.
Adəm
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə



































