Dünya
400 min döyüşçüdən Türkiyəyə gözlənilməz dəstək - Sayılı günlər qaldı
PKK terror təşkilatının Suriya qolu olan YPG/SDG-yə 10 mart razılaşması çərçivəsində verilən son tarix 31 dekabrda başa çatır. Son günlərin yaxınlaşması ilə Suriyanın şimalında və diplomatik dairələrdə fəallıq nəzərəçarpacaq dərəcədə artıb.
Publika.az xəbər verir ki, “Türkiye Gazetesi”nin məlumatına görə, ABŞ-ın YPG/SDG ilə bağlı mövqeyində yumşalma müşahidə olunur.
Bildirilir ki, Vaşinqton Türkiyə və Dəməşqin mümkün hərbi əməliyyatına etiraz etmir və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bu istiqamətdə israrı xeyli zəifləyib.
Təhlükəsizlik mənbələrinin verdiyi məlumata əsasən, dekabr və yanvar ayları Suriyanın gələcəyi baxımından həlledici mərhələ hesab olunur. Vaşinqton, Ankara, Dəməşq və Doha arasında formalaşan yeni yanaşma Suriyanın ərazi bütövlüyünün qorunmasını nəzərdə tutur. Bu çərçivədə İŞİD-lə mübarizənin koalisiya qüvvələri və Suriya ordusu tərəfindən aparılması, YPG/SDG strukturunun isə Dəməşqə inteqrasiya olunaraq siyasi və hərbi iddialarından imtina etməsi planlaşdırılır.
Məlumata görə, ABŞ administrasiyası əvvəlki razılaşmalara əməl etməyən YPG/SDG-yə qarşı mümkün əməliyyata mane olmayacaq. Vaşinqtonun əsas şərti isə əməliyyatın yalnız Dəməşq administrasiyası və Suriya ordusu tərəfindən həyata keçirilməsidir. Qeyd olunur ki, əməliyyat başlayarsa, CENTCOM təmas xətləri və strateji ərazilərdən çəkilə bilər.
Bölgənin böyük qəbilələrindən olan Səhani qəbiləsinin lideri Əbdünnəsir əs-Seqni bildirib ki, region əhalisi illərdir müxtəlif güclərin təzyiqi altında yaşayır. Onun sözlərinə görə, Türkiyə və Dəməşqin qərarından asılı olaraq, qəbilələr terror təşkilatına qarşı ən azı 400 min döyüşçü ilə mübarizə aparmağa hazırdır. Əs-Seqni bölgədə YPG/SDG-ni açıq şəkildə dəstəkləyən sosial bazanın mövcud olmadığını da iddia edib.
Roza
-
Magazin103:13Tolikin verilişinin adından müğənnilərə qarşı DƏLƏDUZLUQ
-
ABŞ01:41ABŞ “Gecə Ovçuları”ndan sonra xüsusi helikopterləri də GÖNDƏRDİ
-
Dünya00:30Maduronun xanımına görə qadınlar AYAĞA QALXDILAR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük uğurlar qazanacaqsınız
-
Sosial6 Yanvar 23:00Dəm qazından boğulub ölən Şükranın FOTOSU
-
MDB6 Yanvar 22:12Qardaş ölkədən ÜZÜCÜ XƏBƏR - 15-ə yaxın xəsarət alan var
-
Sosial6 Yanvar 21:36Dubaydakı dəbdəbəli toyun sahibi bu deputatın qardaşı imiş - VİDEO
-
Magazin26 Yanvar 21:00“Eşref Rüya” izləyicilərinə PİS XƏBƏR































.jpg)
