Region
Dəhşətli qəza 8 can aldı
Türkiyənin Tekirdağ vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, Tekirdağdan Antalyaya gedən sərnişin avtobusunun aşması nəticəsində insan tələfatı qeydə alınıb.
Məlumata görə, içərisində 34 sərnişin olan avtobus yağışlı hava şəraiti səbəbindən sürüşkən yolda idarəetmədən çıxıb və döngədə yolun kənarına aşıb.
Qəza nəticəsində 8 nəfər həlak olub, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal xilasedicilər, təcili tibbi yardım briqadaları, AFAD, jandarma və polis əməkdaşları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ





































