Region
İranda ABŞ HÜCUMUNA HAZIRLIQ - Sakinlər üçün sığınacaqlar hazırlanır
Tehran hakimiyyəti Yaxın Şərqdə artan gərginlik fonunda 2,5 milyon sakin üçün sığınacaqlar təşkil edir.
Publika.az SNN-ə istinadla xəbər verir ki, bu barədə İran paytaxtının Böhranların İdarə Edilməsi Təşkilatının rəhbəri Əli Nəsiri məlumat verib.
"Lazımi mərhələlər başa çatdıqdan və icazələr alındıqdan sonra (Tehrandakı müvafiq orqanlardan), ümumi tutumu təxminən 2,5 milyon nəfər olan sığınacaqlar təşkil ediləcək", - Nəsiri vurğulayıb.
O bildirib ki, dayanacaqlar və metro stansiyaları kimi 300-dən çox yeraltı yerdə vətəndaşlar üçün yeraltı sığınacaqlar hazırlanır. Təmir işləri 82 metro stansiyasına da təsir edib.
İran silahlı qüvvələri daha əvvəl ABŞ-ın Yaxın Şərqdəki bütün hərəkətlərini izlədiklərini və yüksək hazırlıq vəziyyətində olduqlarını bildirmişdilər. Bu barədə İran ətrafında ABŞ hərbi qüvvələrinin artması fonunda İslam Respublikası ordusunun komandanı Əmir Hatəmi jurnalistlərə açıqlama verib.
Yanvarın 23-də ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin bir qrup gəmisinin İrana doğru getdiyini elan edib. Amerika lideri qoşunların hərəkətinin konkret məqsədini açıqlamayıb.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi





































