Zelenski rəsmən açıqladı: ABŞ soruşdu və mən də “hazıram” dedim
Bizi izləyin

Dünya

Zelenski rəsmən açıqladı: ABŞ soruşdu və mən də “hazıram” dedim

Ukrayna Prezidenti Vladimir Zelenski prezident seçkilərinə hazır olduğunu bildirsə də, parlament seçkilərini və yerli səsverməni rədd edib.

Publika.az xəbər verir ki, Ukrayna lideri bu açıqlamanı “Novosti LIVE”ə deyib.

"ABŞ prezident seçkiləri ilə bağlı soruşdu və mən də onlara hazır olacağımı dedim. Biz parlament və ya yerli seçkiləri nəzərdən keçirmədik", - deyə Ukrayna lideri bildirib.

Zelenski həmçinin qeyd edib ki, hələlik səsvermə ilə bağlı qanun layihəsi yoxdur, lakin onun sözlərinə görə, bütün siqnallar Ukrayna parlamentinin üzvlərinə çatdırılıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm