Avropa
Zelenski tənqid edildiyi ölkəyə getdi: “Heç nəyi təxirə salmayacağıq” - VİDEO
Ukrayna lideri Volodimir Zelenski Polşa Prezidenti Karol Navrotski ilə görüşmək üçün Varşavaya gəlib.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Strana.ua nəşri məlumat yayıb.
Bu, Zelenskinin Navrotskinin seçkilərdə qələbəsindən sonra Polşaya ilk səfəridir.
"Polşaya səfərimlə bağlı Polşa tərəfi cümə günü təklif etdi və düşünürəm ki, heç nəyi təxirə salmayacağıq", - deyə Zelenski bildirib.
Dekabrın 16-da Navrotski Varşavada görüş ərəfəsində Ukrayna Prezidentini tənqid edərək bildirib ki, Kiyev Varşavanın dəstəyini adi hal kimi qəbul edir.
Polşa lideri qeyd edib ki, son illərdə Ukrayna Polşanı hərəkətlərini əlaqələndirməli olduğu tam hüquqlu tərəfdaş kimi görməkdən imtina edib. O, Varşavanın Kiyevi dəstəkləməyə davam edəcəyini, lakin münasibətlərin bərabər əsasda qurulmalı olduğunu vurğulayıb. Navrotski həmçinin Zelenski ilə Polşa üçün vacib olan məsələləri müzakirə etmək niyyətində olduğunu bildirib.
Polşa ilə Ukrayna arasındakı münasibətlər qarşılıqlı şikayətlər üzündən pisləşib. Bunlardan ən başlıcası kənd təsərrüfatı mübahisəsidir: Varşava fermerlərini qorumaq üçün Ukrayna taxılına embarqonu genişləndirib və bu, Kiyevin kəskin reaksiyasına səbəb olub.
Hüseyn İbadlı
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO












.png)
.jpg)

.png)






















