ABŞ
Uitkoff Fidanla bir araya gəlir - Sülh planının ikinci mərhələsi müzakirə ediləcək
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Mayamidə Qəzza sektorundakı münaqişənin növbəti mərhələsinin sülh yolu ilə həlli məsələsini Qətər, Misir və Türkiyənin yüksək səviyyəli nümayəndələri ilə müzakirə edəcək.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadla məlumat yayıb.
Görüşdə Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Misirin xarici işlər naziri Badr Əbdül Ati iştirak edəcəklər.
Oktyabrın 6-da İsrail və HƏMAS nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza münaqişəsinin həlli üzrə dolayı danışıqları bərpa ediblər.
Dekabrın 7-də İsrailin baş naziri Binyamin Netanyahu bildirib ki, Trampın Qəzza münaqişəsinin həlli ilə bağlı sülh planının birinci mərhələsi artıq praktiki olaraq həyata keçirilib. Yəhudi hökumətinin rəhbərinin sözlərinə görə, sonuncu girovun geri qaytarılmasından sonra ikinci mərhələ başlayacaq ki, bu mərhələdə HƏMAS-ın silahsızlaşdırılması və anklavın demilitarizasiyası həyata keçiriləcək.
Hüseyn İbadlı
-
Nida Xəbər 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin121:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır










.jpg)








.jpg)

















