Makron Fransanı Avropanın ağası etmək istəyir - Parisin belə gücü var?
Bizi izləyin

Dünya

Makron Fransanı Avropanın ağası etmək istəyir - Parisin belə gücü var?

Böyük Britaniya-Fransa-Almaniya üçlüyü Ukraynanın Rusiyaya qarşı müqavimətində Kiyev administrasiyasının ən sabit tərəfdarları olaraq qalır. Lakin Paris administrasiyası yeni şəraitdə Avropanın təhlükəsizlik lideri olmaq üçün addımlar atmağa başlayıb.

Publika.az xəbər verir ki, Fransa Müdafiə Nazirliyi tərəfindən iyul ayında dərc edilən 2025-ci il Milli Strategiya Qiymətləndirməsi Fransanın bu məqsədini açıq şəkildə ortaya qoyub.

Sözügedən qiymətləndirmədə Fransa Avropa İttifaqı daxilində müstəqil nüvə çəkindirmə qabiliyyətinə, tam hüquqlu silahlı qüvvələrə və müstəqil qüvvə proyeksiya imkanlarına malik yeganə güc kimi təsvir edilib.

İddiaya görə, Fransa ABŞ-ın uzunmüddətli öhdəliyi ilə bağlı artan qeyri-müəyyənlik fonunda Avropa qitəsinin təhlükəsizliyində artan məsuliyyətləri öz üzərinə götürməyi hədəfləyir. Fransa Prezidenti Emmanuel Makronun ilin son həftələrində verdiyi açıqlamalar da onun bu mövzudakı qətiyyətini göstərir.

Noyabr ayının sonunda Alp dağlarında dağ piyada briqadasının əsgərlərinə müraciət edərkən Makron ehtiyat əsgərlərin sayını beş il ərzində 100 minə çatdırmaq məqsədi ilə könüllü hərbi xidmətə başladığını elan etmişdi. Həmçinin, o, bir gün əvvəl Birləşmiş Ərəb Əmirliklərindəki Fransa qoşunları qarşısında çıxışında yeni nəsil təyyarədaşıyan gəminin inşasına başlanacağını da açıqlayıb.

Makron bununla yanaşı, Ukrayna müharibəsinin başlanğıcından bəri Avropanın Rusiyaya yanaşması ilə bağlı yürütdüyü siyasətdən uzaqlaşdıqlarının bildirib. O, Ukrayna masasında Avropanı yenidən tənliyə gətirmək istəyir.

Lakin Fransanın Avropa təhlükəsizliyinə liderlik edə biləcəyinə dair şübhələr var. Ən böyük maneə isə daxili siyasətdir. 2027-ci ildə seçiləcəyi təqdirdə Fransanı NATO-nun hərbi strukturundan çıxaracağına söz verən ifrat sağçı namizəd Marin Le Pen Ukraynaya qoşun göndərməyə və Fransanın nüvə silahlarından Avropa miqyasında istifadə etməyə qarşı çıxır.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm