Dünya
BMT-də ABŞ və İran arasında gərginlik: Razılığa gələ bilmədilər
ABŞ və İran Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının iclasında nüvə danışıqlarının bərpası məsələsində gərginlik yaşayıblar.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, ABŞ birbaşa danışıqlara hazır olduğunu bildirib, İran isə Vaşinqtonun şərtlərini rədd edib.
İclasda çıxış edən ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisinin müavini Morqan Ortaqus ABŞ-ın İranla birbaşa dialoqa girməsi üçün şərtlərini açıqlayıb: "Hər şeydən əvvəl, İran sərhədləri daxilində uran zənginləşdirmə fəaliyyəti ola bilməz. Bu, bizim əsas prinsipimiz olaraq qalır".
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın bu israrının ədalətli danışıqlar konsepsiyası ilə uyğunsuz olduğunu bəyan edib:
"Biz istənilən ədalətli və mənalı danışıqları alqışlayırıq. Lakin sıfır zənginləşdirmə siyasətində israr etmək Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) üzvü kimi hüquqlarımıza ziddir. Bu vəziyyət qarşı tərəfin ədalətli danışıqlar aparmadığını göstərir. İran heç bir təzyiqə və ya təhdidə güzəştə getməyəcək".
Roza
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ












.jpg)




















