ABŞ
Tramp İranı HƏDƏLƏDİ - “Heç nə qalmaya bilər”
ABŞ Silahlı Qüvvələrinin zərbələri nəticəsində İrandan "heç nə qalmaya" bilər.
Publika.az xəbər verir ki, bu barədə Amerika Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində bildirib.
"İranın ən böyük körpüsü uçur və bir daha heç vaxt istifadə olunmayacaq — qarşıda hələ çox şey var!" — deyə o yazıb.
Birləşmiş Ştatlar liderinin sözlərinə görə, İslam Respublikası üçün "çox gec olmadan və böyük bir dövlətə çevrilə biləcək ölkədən hələ nəsə qalmışkən sövdələşmə bağlamaq vaxtı çatıb".
Aprelin 2-də ABŞ və İsrail hərbçilərinin İranın Kərəc şəhərinə zərbə endirdiyi, nəticədə "mühəndislik şah əsəri" kimi tanınan körpü dağıdılıb. Söhbət dünyanın ən mürəkkəb mühəndis qurğularından biri hesab edilən B1 körpüsündən gedir.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. İslam Respublikasında bir çox şəhərlər, o cümlədən paytaxt hücuma məruz qalıb. Zərbələrdən biri ali rəhbər Əli Xameneinin iqamətgahına endirilib və o, həlak olub. Cavab olaraq İran İsrailə, ABŞ-ın hərbi bazalarına və Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Hüseyn İbadlı
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi





































.jpg)
