Dünya
Talibandan qaçaraq İrana sığınmışdı: Tehranda öldürüldü - FOTO
Talibanın 2021-ci ildə hakimiyyəti ələ keçirməsindən əvvəl Tahar və Bağlan əyalətlərinin təhlükəsizlik rəisi vəzifəsində çalışmış İkramuddin Sari Tehrandakı evinin yaxınlığında silahlı hücum nəticəsində öldürülüb.
Publika.az İran mətbuatına istinadən xəbər verir ki, Sari və onunla birlikdə olan bir nəfər hadisə yerində həyatını itirib, daha bir nəfər isə yaralanıb.
Taliban əleyhinə Milli Müqavimət Cəbhəsinin sözçüsü Əli Maisam Nəzəri qətlin Taliban tərəfindən təşkil edildiyini iddia etsə də, hərəkat məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Sari son aylarda İranda öldürülən Taliban əleyhinə olan ikinci şəxsdir. Sentyabr ayında Məşhəddə Heratın sabiq qubernatoru Maruf Qulami də naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilmişdi. Həmin cinayətin üstü isə açılmayıb. Taliban sərhəddən kənar sui-qəsd əməliyyatları həyata keçirdiyini inkar edir.
Roza
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ






























