Dünya
Razılığa gəlmişik, Yeni ildən əvvəl... - Zelenski elan etdi
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla yaxın günlərdə görüşmək üçün razılıq əldə edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə "X" hesabında məlumat verib.
“Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov ABŞ tərəfi ilə son əlaqələri barədə məlumat verdi. Biz bir gün də boşa sərf etmirik. Yaxın gələcəkdə Trampla ən yüksək səviyyədə görüş barədə razılığa gəlmişik. Yeni ildən əvvəl çox şey qərarlaşdırıla bilər”, - deyə Zelenski yazıb.
“Kyiv Post” qəzetinin məlumatına görə, Zelenskinin dekabrın 28-də danışıqlar üçün ABŞ-a səfər edəcəyi gözlənilir. Görüş Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında baş tuta bilər.
Qeyd edək ki, dünən Zelenski və komandası ilə ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner arasında təxminən bir saat davam edən telefon danışığı baş tutub.
Roza
-
Sosial22:00Tramp onu "qurumuş gavalı" adlandırdı - FOTO
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi


































