2025-ci ilin dünyanı silkələyən 10 hadisəsi FOTOLARDA
Bizi izləyin

Dünya

2025-ci ilin dünyanı silkələyən 10 hadisəsi FOTOLARDA

Britaniyanın "The Times" nəşri "Qlobal xəbərlər fotolarda" başlığı ilə 2025-ci ilin ən səs-küylü 10 fotosunu dərc edib.

Publika.az həmin fotoları təqdim edir:

"Honkonq fəlakəti"

Foto noyabrın 26-da Honkonqun Tay Po rayonunda 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində baş verən yanğın zamanı çəkilib. Dəhşətli hadisədə 161 nəfər həlak olub.

"Arvadı tərəfindən qapazaltı edilən Makron"

May ayında sosial şəbəklərdə Fransanın birinci xanımı Bricit Makronun Vyetnama rəsmi səfər zamanı əri - Prezident Emmanuel Makrona gözlənilməz şəkildə şillə vurmasının görüntüləri yayılmışdı. Bu görüntülər xeyli zaman sosial medianın müzakirə mövzusu oldu.

Nümayişçilərdən qaçan Meksika polisləri

Meksikanın paytaxtı Mexiko şəhərində 1968-ci ildə Tlatelolko Meydanında baş vermiş, tələbələrin hərbçilər tərəfindən güllələnərək öldürüldüyü qırğının 57-ci ildönümünü qeyd etmək üçün keçirilən yürüş zamanı etirazçılarla polis əməkdaşları arasında toqquşma yaşandı. Toqquşmalar zamanı alovlardan qaçan polis əməkdaşları geri çəkilməyə məcbur oldular.

Qəzzada aclıq

Dünya mediasını silkələyən bu fotolar Qəzzada yaşanan aclıq böhranının sübutu idi.

Avstraliyada irqçi millət vəkili

Avstraliyada ifrat sağçı bir millət vəkili parlamentə burqa geyinərək daxil olduqdan sonra ciddi tənqidlərə məruz qaldı. Digər deputatlar bu addımı irqçi, təhlükəli və hörmətsiz jest kimi qiymətləndirdilər.

Qəzzanın şimalına qayıdan fələstinlilər

Yanvar ayında çəkilən bu görüntüdə İsrail və HƏMAS-ın daha 6 girovun azad olunması ilə bağlı razılığa gəldiklərini açıqlamasından sonra minlərlə məcburi köçkün fələstinlinin Qəzzanın şimalına doğru axın etməyə başlaması əks olunub.

Papa Fransiskin dəfni

Foto aprelin 21-də vəfat edən Papa Fransiskin dəfn mərasimində çəkilib. Həmçinin, Katolik Kilsəsinin yeni rəhbərini seçmək üçün keçiriləcək konklavın tarixi müəyyənləşdirilirdi.

Təyyarə qəzasından geri qalanlar

Foto Hindistanın baş naziri Narendra Modinin iyunun 12-də Əhmədabad şəhərində 242 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasında sağ qalan tək sərnişini xəstəxanada ziyarəti zamanı çəkilib.

Rusiya-Ukrayna müharibəsinin 1252-ci günü

Görüntü iyulun 19-da Ukrayna Hərbi Hava Qüvvələrinin 59-cu briqadasının mobil hava hücumundan müdafiə bölməsinin hərbçilərinin Dnepr bölgəsinin Pavloqrad şəhəri yaxınlığında Rusiya PUA-sına avtomatik ZU-23 zenit topundan atəş açdığı ana aiddir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm