Dünya
Böyük Britaniya gəncləri orduya cəlb edir: Bu qədər maaş verəcək
Ukrayna müharibəsindən sonra bir çox Avropa ölkəsi müdafiə investisiyalarını artırıb.
Publika.az xəbər verir ki, Böyük Britaniya gələn ilin mart ayında gənclərin müdafiədə iştirakını artırmaq məqsədi daşıyan proqram başlatmağı planlaşdırır.
Hərbi proqram ilk ildə 150 gənci cəlb etməyi və bu rəqəmi hər il mindən çoxa çatdırmağı hədəfləyir. Yeni məzun olanlar və 25 yaşdan kiçik gənclər üçün açıq olan proqram, iştirakçılara bir il ərzində ordu, donanma və hava qüvvələrində əsas təlim və əməliyyat təcrübəsi təmin edəcək.
İştirakçılar aktiv əməliyyatlara təyin olunmayacaq və maaş alacaqlar. Maaşla bağlı rəsmi açıqlama verilməsə də, Britaniya ordusunda ən aşağı maaş ildə 26 min funt sterlinqdir (təxminən 60 min manat).
Britaniya hökuməti proqramın logistika, mühəndislik və təchizat zənciri idarəetməsi kimi mülki həyat üçün vacib bacarıqlar qazandıracağını açıqlayıb. Müdafiə naziri Con Healey isə proqramın gənclərə böyük bacarıq və təlim təklif etdiyini bildirib.
Qeyd edək ki, Fransa və Almaniya da daha əvvəl könüllü hərbi proqramlar elan edib.
Roza
-
Sosial22:00Tramp onu "qurumuş gavalı" adlandırdı - FOTO
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi


































