Dünya
Rusiya Baltikyanı ölkələrə hücum edəcək? - Kəşfiyyat məlumatı açıqlandı
Hazırda Rusiyanın Baltikyanı ölkələrə və ya NATO-ya üzv olan hər hansı bir dövlətə hərbi müdaxilə etmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur.
Publika.az xəbər verir ki, bu barədə Estoniya ictimai yayımçısı ERR məlumat verib.
Bəyanatı Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rosin yayıb. Rosinin sözlərinə görə, Rusiya tərəfi alyansla açıq münaqişədən qaçmaq istəyini nümayiş etdirir.
"Rusiyanın NATO-ya hörmət etdiyi və hazırda hər hansı açıq münaqişədən qaçmağa çalışdığı aydındır", - deyə o qeyd edib.
Estoniya kəşfiyyatının rəhbəri həmçinin əlavə edib ki, Rusiya xüsusilə sərhəd yaxınlığında dron və təyyarələrin uçuş marşrutlarını izləməklə insident riskini minimuma endirməyə çalışır.
Qeyd edək ki, bu açıqlama rəsmi Tallinin getdikcə daha sərt ritorikası fonunda səslənir. Bundan əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sərhəddəki vəziyyəti şərh edərkən "kiçik yaşıl adamlar" sərhədi keçərsə, onları güllələməyə hazır olduğunu" bildirmişdi.
Adəm
-
Sosial22:00Tramp onu "qurumuş gavalı" adlandırdı - FOTO
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi











.png)






















