Dünya
“Bondi qəhrəmanı” ilk dəfə danışdı: Ölümə getdiyimi bilirdim
Avstraliyanın Bondi çimərliyində baş verən terror hücumunda silahlı şəxsi zərərsizləşdirərək böyük faciənin qarşısını alan Əhməd Əl Əhməd ilk dəfə yaşadıqlarını danışıb.
Publika.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, qəhrəmanlığı ilə dünya gündəminə düşən Əhməd üçün 2,5 milyon dollar ianə toplanıb.
Xəstəxanadan buraxılan Əhməd hazırda ailəsi ilə birlikdə Sidneydə gecəsi 1250 dollar olan lüks oteldə qalır.
Əhməd bildirib ki, hücum zamanı heç nədən qorxmayıb:
“Mən heç nədən narahat deyildim. Yeganə məqsədim ondan silahı götürmək və günahsız insanların öldürülməsini dayandırmaq idi. Qarşımda insanların qətlə yetirilməsini, qışqırıb kömək diləməsini görmək istəmirdim. Ruhum mənə bunu etməyimi dedi".
Hadisə zamanı o, silahlı hücumçu Səcid Əkrəmi yerə yıxaraq silahını almağa müvəffəq olub. Lakin bu zaman Səcidin oğlu tərəfindən bir neçə dəfə güllələnib. Qolunda sinir zədəsi və çiynində güllə yarası alan Əhməd ağır əməliyyat keçirib.
Əhməd qeyd edib ki, xilas etdiyi insanlar üçün sevinsə də, həyatını itirənlərə görə dərin kədər hissi keçirir. Vəkilinin sözlərinə görə, o, hazırda gələcək planlar barədə düşünmür və bütün diqqətini sağalmasına yönəldib.
Qeyd edək ki, dekabrın 14-də baş verən silahlı hücum nəticəsində 16 nəfər ölüb, 30-a yaxın insan yaralanıb.
Roza
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial22:00Tramp onu "qurumuş gavalı" adlandırdı - FOTO
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu










.png)





















