Putinin iqamətgahına hücum edildi - Tramp qəzəbləndi
Bizi izləyin

Dünya

Putinin iqamətgahına hücum edildi - Tramp qəzəbləndi

Putinin iqamətgahına hücum edildi - Tramp qəzəbləndi

Ukrayna dekabrın 29-na keçən gecə Putinin Novqorod vilayətindəki iqamətgahına 91 ədəd PUA ilə hücum edib.

Publika.az xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri iqamətgaha hücum edən bütün pilotsuz təyyarələri məhv edib.

Lavrov Rusiyanın danışıqlardakı mövqeyinə yenidən baxılacağını da diqqətə çatdırıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahına hücum cəhdindən qəzəblənib.

“ABŞ prezidenti bu xəbərdən şoka düşdü, sözün əsl mənasında qəzəbləndi və dedi ki, belə dəli hərəkətləri təsəvvür belə edə bilməz”, - Uşakov qeyd edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Zelenski isə bu barədə məlumatları təkzib edib. Ukrayna lideri Rusiyanın sülh danışıqlarında irəliləyişə xələl gətirmək istədiyini və Kiyevdə hökumət binalarına hücum üçün zəmin hazırladığını söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm