Tramp Netanyahu ilə görüşdü - Yeniləndi
Bizi izləyin

Dünya

Tramp Netanyahu ilə görüşdü - Yeniləndi

Tramp Netanyahu ilə görüşdü - Yeniləndi

ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahyunun ikitərəfli görüşü başa çatıb.

Publika.az xəbər verir ki, Tramp görüşü müsbət qiymətləndirib.

Ağ Ev rəhbəri işğal altındakı Qərb Şəriyəsi məsələsində tərəflər arasında fikir ayrılıqlarının hələ də qalmaqda olduğunu etiraf edib.

Tramp HƏMAS-a Qəzza üzrə sülh planının ikinci mərhələsinə keçmək üçün silahsızlaşmaq məqsədilə “çox qısa müddət” veriləcəyini deyib. Onun sözlərinə görə, İsrail razılaşdırılmış plana “yüz faiz” əməl edib.

***

ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahyu ikitərəfli görüşə başlayıb.

Publika.az xəbər verir ki, görüş mətbuat brifinqindən sonra Amerika liderinin Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqo iqamətgahında baş tutur.

Onları yüksək vəzifəli rəsmilər və məsləhətçilər müşayiət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm