Dünya
Xameneinin müşavirindən Trampa CAVAB: Dərhal və sərt cavab veriləcək
İranın ali dini lideri ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani ABŞ Prezidenti Donald Trampın İrana güc tətbiqi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.
Şamxani bildirib ki, İrana qarşı hər hansı təcavüz sərt və dərhal cavabla nəticələnəcək.
"İranın müdafiə doktrinasında bəzi cavab tədbirləri hələ təhdid reallaşmamışdan əvvəl müəyyən edilir. İranın raket və müdafiə imkanları nəzarətə tabe deyil və icazə tələb etmir. Hər bir təcavüz, təşkilatçılarının təsəvvüründən kənara çıxan dərhal və sərt cavabla qarşılanacaq", - deyə Şamxani qeyd edib.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında ABŞ lideri Tehranın nüvə proqramını inkişafı etdirəcəyi təqdirdə, İsrailin İrana mümkün yeni zərbələrini dəstəkləməyə hazır olacağını bəyan edib.
"Eşitdiyimə görə, İran yenidən güclənməyə çalışır və əgər belədirsə, biz onları məhv etməli olacağıq", - deyə Tramp jurnalistlərə bildirib.
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial22:00Tramp onu "qurumuş gavalı" adlandırdı - FOTO
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu










.png)





















