Dünya
Tramp-Netanyahu görüşü: Türkiyə ilə bağlı vacib müzakirə oldu
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu Florida ştatında keçirilən görüşdə Qəzzadakı vəziyyət və sülh planının gələcəyini müzakirə ediblər. Görüşdə Türkiyə əsgərlərinin Qəzzada yerləşdirilməsi ehtimalı da gündəmə gəlib.
Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, Tramp bildirib ki, Qəzzada atəşkəsin ikinci mərhələsinə keçid üçün əsas şərt HƏMAS-ın silahsızlandırılmasıdır.
O, Qəzzanın yenidən qurulması prosesinə yaxın vaxtlarda başlanacağını vurğulayıb.
Türkiyə əsgərlərinin Qəzzada yerləşdirilməsi ilə bağlı suala cavab verən Tramp, Prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətlərinin olduğunu deyərək, bu mövzunun müzakirə ediləcəyini qeyd edib. ABŞ Prezidenti Türkiyəni “möhtəşəm ölkə”, Ərdoğanı isə “mükəmməl lider” adlandırıb.
İranla bağlı sərt açıqlamalar verən Tramp, Tehranın nüvə silahı və raket istehsalını davam etdirməsi halında hərbi zərbəyə icazə verə biləcəyini bildirib. Onun sözlərinə görə, İranın nüvə obyektləri hədəf alınmasa, Yaxın Şərqdə sülh mümkün olmazdı.
Suriya məsələsinə də toxunan Tramp, bu ölkəyə qarşı sanksiyaların ləğv edildiyini açıqlayıb və İsrailin yeni Suriya rəhbərliyi ilə münasibətlərinin yaxşı olmasını istədiyini deyib.
Netanyahu isə çıxışında Trampa təşəkkür edərək, ABŞ Prezidentini İsrailin indiyədək Ağ Evdə gördüyü ən böyük dost adlandırıb.
Roza
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial22:00Tramp onu "qurumuş gavalı" adlandırdı - FOTO
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu










.png)





















