Dünya
Turistləri qədim şəhərə aparan qatarlar toqquşdu: Ölən və yaralananlar var
Perunun Maçu Pikçu şəhərinə turistləri aparan qatarın qəzaya uğraması nəticəsində bir nəfər ölüb, onlarla insan yaralanıb.
Publika.az xəbər verir ki, “Associated Press” agentliyinin verdiyi məlumata görə, çərşənbə axşamı Perunun məşhur arxeoloji məkanı olan Maçu Pikçuya turistləri daşıyan iki qatar qəzaya uğrayıb, nəticədə ən azı bir nəfər ölüb, təxminən 30 sərnişin yaralanıb.
Kusko Polis İdarəsinin kapitanı Conatan Kastilyo Qonsalesin sözlərinə görə, mərhum dəmir yolu işçisi olub. O bildirib ki, qəzadan sonra dəmir yolu Maçu Pikçu ilə yaxınlıqdakı Kusko şəhərini birləşdirən xətt üzrə xidməti dayandırıb.
Dəmir yolu şirkətinin məlumatına görə, günortadan sonra Maçu-Pikçudan hərəkət edən qatar arxeoloji abidə olan Korivayraçina yaxınlığında qarşıdan gələn qatarla toqquşub.
Qəzanın səbəbi ilə bağlı əlavə məlumat verilməyib.
Tural
-
Region23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin122:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi











.png)




















