Dünya
Türkiyəli qadın atasının Tramp olduğunu iddia edir - FOTO
55 yaşlı Necla Özmen atasının 79 yaşlı ABŞ Prezidenti Donald Tramp olduğunu iddia edir.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.
Məlumata görə, rəsmi sənədlərə əsasən türkiyəli qadının valideynləri bir neçə il əvvəl vəfat edən Satı və Dursun Özmenlərdir.
Lakin iddia edilir ki, Satının uşağı ölüb və eyni xəstəxanada doğuş edən Sofiya adlı amerikalı qadın yeni doğulmuş körpəsini Özmen ailəsinə verib.
Neclanın sözlərinə görə, "anası" Trampı televiziyada gördükdən sonra ona əslində atasının ABŞ Prezidenti olduğunu deyib.
Türk qadın Trampın həqiqətən atası olub-olmadığını bilmədiyini vurğulayıb. Buna görə də o, Ağ Evin məsul şəxsinin onunla danışmasını və əgər razılıq əldə olunarsa, DNT testi aparılmasını istəyir. Özmen Trampın yaxşı ata olduğuna və onu rədd etməyəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, oktyabr ayında Ankara məhkəməsi sübutların olmaması və iddianın qanuni tələblərə cavab verməməsi səbəbindən Neclanın iddiasını rədd edib. Lakin Necla təslim olmur və apelyasiya şikayəti verməyi planlaşdırır.
O, həmçinin ABŞ-ın Türkiyədəki səfirliyinə və Amerika məhkəmələrinə müraciət edib.
Ləman
-
Region23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin122:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi











.png)




















