Yaponiyada zəlzələdə ölənlərin sayı artdı
Bizi izləyin

Dünya

Yaponiyada zəlzələdə ölənlərin sayı artdı

Yaponiyada zəlzələdə ölənlərin sayı artdı

Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara Tokioda keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, 7,1 maqnitudalı zəlzələ son illər ərzində ölkədə baş verən ən güclü yeraltı təkanlardan biridir.

***

Yaponiyada baş verən güclü zəlzələ nəticəsində azı 13 nəfər həlak olub, çox sayda insan xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Sanae Takaiçi məlumat verib.

Onun sözlərinə görə, zəlzələ yolların və binaların dağılmasına, yanğınların baş verməsinə və yaşayış evlərinə ciddi ziyan dəyməsinə səbəb olub. Hazırda bütün təcili yardım xidmətləri dağıntılar altında qalan və kömək gözləyən insanların xilas edilməsi üçün səfərbər olunub.

Baş nazir bildirib ki, zəlzələdən zərər çəkən ərazilərdə havanın isti keçməsi xilasetmə işlərini daha da çətinləşdirir. Kumamoto prefekturasında havanın temperaturu 32 dərəcəyə çatır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm