Dünya
Ali Məhkəmə Rodrigezi müvəqqəti prezident təyin etdi
Venesuela Ali Məhkəməsi vitse-prezident Delsi Rodrigezi dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq icra edən şəxs təyin edib.
Publika.az xəbər verir ki, hakim Tania D'Amelio bu barədə "Venezolana de Televisión" televiziya kanalında məlumat verib.
O vurğulayıb ki, Venesuela Ali Məhkəməsi (TSJ) Respublikanın icraçı vitse-prezidenti Delsi Rodrigezin Venesuela Konstitusiyası və qanunlarına ciddi şəkildə uyğun olaraq Respublika Prezidentinin vəzifələrini dərhal icra etməsini əmr edib.
Hakim izah edib ki, bu qərar Venesuela Ali Məhkəməsinin Konstitusiya Palatası tərəfindən əvvəlki gün baş verən xarici hərbi təcavüzə, eləcə də Venesuela Prezidenti Nikolas Maduronun oğurlanmasına cavab olaraq verilib. D'Amelio əlavə edib ki, qanunvericilik şərhi Ali Məhkəmə tərəfindən prezidentin məcburi yoxluğu halında dövlətin inzibati davamlılığını və ölkənin müdafiəsini təmin etmək üçün tətbiq edilməli olan hüquqi rejimi müəyyən etmək üçün hazırlanıb.
Xatıradaq ki, yanvarın 3-də ABŞ qüvvələri Venesuelaya hücum edərək Prezident Maduro və həyat yoldaşı Siliya Floresi əsir götürüblər.
Hüseyn İbadlı
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ










.jpg)






















