Dünya
SDQ ilə danışıqlar uğursuz oldu - Bölgədə Türkiyə şərti
PKK terror təşkilatının Suriya qolu SDQ-nin Dəməşq hökumətinə inteqrasiyasını özündə əks etdirən 10 mart sazişinin müddətinin 31 dekabrda başa çatması ilə daha bir görüş keçirilib.
Publika.az xəbər verir ki, "Türkiye Gazetesi"nə danışan bir mənbə təşkilatın nəinki 10 Mart Sazişinə əməl etmədiyini, həm də yeni şərtlər irəli sürdüyünü və prosesin uğursuz olduğunu bildirib.
Mənbə qeyd edib ki, təşkilat rəhbərliyi media vasitəsilə müəyyən manipulyasiyalara əl atır:
"Danışıqlar uğursuzluqla başa çatdı, əməliyyat keçiriləcək. Bizim üzərimizə daim siyasi, hərbi və iqtisadi cəhətdən yeni şərtlər qoyan bir PKK/SDQ var. Onlar neft yataqları, bəndlər, sərhəd xətləri, təhlükəsizlik və siyasi strukturlarla bağlı vahid strukturumuzu nəzərə almayan tələblər irəli sürürlər. Bundan əlavə, onlar Türkiyənin rolundan narahatdırlar. Qərb ölkələrini tənliyə daxil etmək istəyi də diqqətçəkən elementdir. Hazırkı şəraitdə hər hansı bir kompromis və ya inteqrasiya qeyri-mümkün görünür. Müxtəlif alternativlərin tətbiqi qaçılmazdır. Artıq tolerantlıq göstərməyəcəyik".
Roza
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ











.jpg)






















