Dünya
ABŞ-ın 23 illik Venesuela planı: Dünya böyük təhlükə ilə üz-üzə...
Məşhur amerikalı iqtisadçı Ceffri Saks ABŞ-ın Venesuelaya müdaxiləsini sərt şəkildə tənqid edib.
Publika.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Ceffri Saks Birləşmiş Ştatların bu hərəkətləri ilə beynəlxalq hüququn və konstitusiya qaydasının çökdüyünü, dünya sülhünün də böyük təhlükə altında olduğunu iddia edib.
O bildirib ki, Vaşinqtonun özünün "arxa baxçası" kimi gördüyü Latın Amerikasına təzyiqi BMT Nizamnaməsini və diplomatik normaları nəzərə almayan yeni bir dövrə gətirib çıxarır: “ABŞ artıq konstitusiya ilə deyil, hərbi dövlət tərəfindən idarə olunur. Biz konstitusiyaya tabe deyilik, hər şey prezident fərmanları ilə idarə olunur və bu, dünyanı fövqəladə dərəcədə təhlükəli edir”.
Saks həmçinin Avropa İttifaqı ölkələrinin və BMT-nin Maduronun ABŞ tərəfindən qaçırılması ilə bağlı səssizliyini tənqid edərək Trampın beynəlxalq hüququ şüurlu şəkildə qulaqardına vurduğunu qeyd edib: “Beynəlxalq hüquq faktiki olaraq qüvvədən düşüb. Biz qlobal fəlakətin və üçüncü dünya müharibəsinin qarşısını almaq üçün beynəlxalq hüququ yaratdıq. Lakin indi, xüsusən də nüvə dövründə, bu qanunu istənilən an cırıb atmaqla bu fəlakətə yaxınlaşırıq”.
Saks ABŞ-ın keçmiş Venesuela prezidenti Uqo Çavesin dövründən bəri hökuməti devirməyə çalışdığını və bunun 23 il əvvəl planlaşdırıldığını vurğulayıb:
“Venesuela resurslarının özünə məxsus olduğuna inandığı və ABŞ-ın neft üzərindəki diktələrini rədd etdiyi üçün “düşmən” elan edilib. Bu, Trampın son səkkiz ildir üzərində işlədiyi və Marko Rubio kimi şəxslərin rəhbərlik etdiyi uzunmüddətli bir layihədir. ABŞ-ın xarici siyasəti belədir: Uzunmüddətli məqsədlərinə çatmaq üçün hazırda lazım olan hər hansı bir yalanı və ya hekayəni söyləyir.
Ukrayna 30, Suriya 13, Venesuela isə 20 ildən çox davam edən bir layihədir. ABŞ xüsusən də 20-ci əsrin ikinci yarısından bəri dünyanın ən zorakı ölkəsidir. Onlar Venesuelada bir prezidenti qaçırmış ola bilərlər, amma bu, rejimin çökdüyü və ya ABŞ-ın məqsədlərinə çatdığı anlamına gəlmir".
Roza
-
İKT05:452026-cı ildə dünyanı real TƏHLÜKƏ gözləyir - Süni intellektlə bağlı XƏBƏRDARLIQ
-
Magazin203:18Afra Kənanla öpüşmə səhnələrini rədd etdi
-
İdman02:25Qurban Qurbanov: Bu məğlubiyyətin böyük faydası olacaq!
-
Qoroskop02:19Günün ulduz falı: Yeni iş təklifi alacaqsız
-
İdman02:02"Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşdi
-
İdman01:51"Liverpul" "Qarabağ"a qalib gəldi - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 01:40Əhəd Abıyevə AĞIR İTKİ
-
İdman28 Yanvar 23:35Əfsanənin adıyla anasını aldadıb pulunu oğurladılar - VİDEO







.jpg)



.jpg)


.jpg)




.jpg)



.jpg)





.jpg)


