“Qarabağ” “Liverpul”a qarşı: ikinci qol - CANLI/YENİLƏNDİ
Bizi izləyin

İdman

“Qarabağ” “Liverpul”a qarşı: ikinci qol - CANLI/YENİLƏNDİ

Virts 21-ci dəqiqədə fərqi artırdı: 2-0.

***

Görüşün 15-ci dəqiqəsində Makkalister meydan sahiblərini hesabda önə keçirdi: 1-0.

***

"Liverpul" - "Qarabağ" qarşılaşması start götürdü.

***

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçiriləcək “Liverpul” - “Qarabağ” oyunun start heyətləri müəyyənləşib.

Publika.az xəbər verir ki, İngiltərədəki “Enfild” stadionunda təşkil olunacaq qarşılaşmaya komandalar aşağıdakı tərkibdə çıxacaq:

“Liverpul”: 1. Alisson Beker, 30. Ceremi Frimponq, 4. Vircil van Deyk, 38. Rayan Qravenberx, 26. Endryu Robertson, 18.Kodi Qakpo, 8. Dominik Soboslai, 10. Aleksis Makallister, 11. Məhəmməd Salah, 22. Uqo Ekitike, 7. Florian Virts.

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 9. Joni Montiel, 10. Abdullah Zubir, 17. Kamilo Duran.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm