İdman
Qurban Qurbanov: Bu məğlubiyyətin böyük faydası olacaq!
"Böyük hesablı məğlubiyyətə baxmayaraq futbolçularımı, Azərbaycan futbol ictimaiyyətini, xalqını təbrik edirəm ki, belə böyük turnirdə böyük addım atdıq".
Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Liverpul"la oyununu (6:0) "İctimai TV"yə şərh edərkən deyib.
Təcrübəli mütəxəssis arzuolunmaz məğlubiyyətə rəğmən, komanda olaraq böyük oyunların və böyük turnirlərin necə olmasını tam hiss etdiklərini bildirib:
"Əvvəlki püşkatmaya, 8 oyuna baxsaq, bu yerdə olacağımızı çoxları düşünmürdü. Amma inanın ki, mənim həmişə belə turnirlərdə inamım olub. Daha cəsarətli olmağa, böyük klublara qalib gəlməyə inanaraq gəlmişəm. Futbolçularımız tam əmin oldular ki, böyük futbol, nəhəng komandalar nə deməkdir. Bu gün Liverpulda bunu hiss etdik.
0:6 məğlub olsaq da, çox sevincliyəm. "İlk 24-lüy"ə düşməyin də, bu məğlubiyyətin də böyük faydası olacaq. Bəlkə də 0:1, 0:2 hesabı ilə uduzsaydıq, dərk etməzdik. Amma böyükhesablı məğlubiyyətin faydası olacaq".
O, pley-off mərhələsinin püşkatması potensial rəqibləri olan PSJ və "Nyukasl" barədə bunları deyib:
"Fikir bildirmək mənim üçün bir məşqçi kimi çətin olar. Bəlkə də düzgün olmaz. Xeyirlisini Allahdan istəyəcəyik. Hansı azarkeşlərimiz üçün daha faydalıdırsa, zövqlüdürsə, hansı bizim xeyrimizədirsə, o olsun. İstənilən halda bunlar böyük klublardır. Biz oturub püşkdə hansı klubun düşməsini arzu etməməliyik. Hansı düşsə, onunla qarşılaşacağıq".
Heybət
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial3 Aprel 18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu

































