Dünya
Qustavo Petro Trampa xəbərdarlıq etdi: Bizə hücum etsəniz...
ABŞ prezidenti Donald Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizə bəhanəsi ilə Kolumbiyaya hücum edərsə, "xalq qəzəbi" ilə üzləşəcək.
Publika.az xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro “X” sosial media hesabında yazıb.
"Mən narkotik satıcısı deyiləm. Yeganə aktivim ailə evimdir və mən hələ də onun pulunu maaşımla ödəyirəm. Bank çıxarışlarım dərc olunub. Heç kim deyə bilməz ki, maaşımdan çox xərcləmişəm. Mən acgöz deyiləm", - deyə dövlət başçısı bildirib.
Petro əlavə edib ki, o, "xalqına inanır" və populyar prezident olaraq qaldığı üçün həbs olunarsa "xalq qəzəbi" ilə üzləşəcəyini gözləyir. O əlavə edib ki, narkotik qaçaqmalçılığı ilə mübarizə aparır və bu da Trampın iddialarını əsassız edir.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun həbsindən sonra Petroya xəbərdarlıq etmişdi. Ağ Evin rəhbəri qeyd etmişdi ki, kokain Kolumbiyada istehsal olunur və daha sonra ABŞ-a göndərilir. Buna görə də o, kolumbiyalı həmkarına "daha diqqətli olmağı" tövsiyə etmişdi.
Tural
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ











.jpg)





















