Dünya
Maduro məhkəmədə özünü "hərbi əsir" adlandırdı: "Təqsirsizəm, vicdanlı insanam..." - YENİLƏNDİ
Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-York məhkəməsi tərəfindən onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.
Publika.az xəbər verir ki, Maduro məhkəmə zalında təqsirsiz olduğunu bildirərək, Venesuelanın Prezidenti olaraq qalmağa davam etdiyini söyləyib.
"Mən təqsirsizəm, vicdanlı insanam", - Maduro bildiriub. O, özünü "hərbi əsir" adlandırıb.
Maduro və həyat yoldaşı sağlamlıq problemləri olduqlarını bildiriblər. Vəkili Floresin qabırğalarında güclü əziklər olduğunu, onun ABŞ-a gətirilərkən zorakılığa məruz qaldığını söyləyib.
Maduro və həyat yoldaşı təxminən 30 dəqiqə davam edən dinləmədən sonra məhkəmə zalını tərk ediblər.
Qeyd edək ki, Nyu-York məhkəməsi Maduro və həyat yoldaşı Siliya Flores işi üzrə növbəti iclası 17 mart tarixinə təyin edib.
Növbəti iclas saat 11:00-da keçiriləcək.
***
Nyu-Yorkda Manhettendəki Daniel Patrik Moynihan məhkəmə binasında narkoterrorizm və digər cinayətlərdə ittiham olunan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ilə bağlı məhkəmə iclası başlayıb.
Publika.az xəbər verir ki, son məlumatlara görə, Maduronun maraqlarını Barri Pollak təmsil edir. Maduronun həyat yoldaşı Siliya Floresin müdafiəsini Texasdan olan vəkil Mark Donnelli öz üzərinə götürüb.
İclas canlı yayımlanmayacaq.
***
Nyu-York məhkəməsi ABŞ-da həbsdə olan Venesuela Prezidenti Nikolas Maduronun hüquqlarını müdafiə edəcək vəkilin adını açıqlayıb.
Publika.az "CNN"ə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Maduronun vəkili qismində Devid Vikstrom çıxış edəcək.
Xatırladaq ki, yanvarın 3-də ABŞ hərbi qüvvələri Venesuelada əməliyyat keçirərək ölkə Prezidenti Nikolas Maduro və onun xanımı Siliya Floresi ələ keçirib. Onlar Nyu-Yorka aparılıb.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ











.jpg)





















