Dünya
Vaşinqton Rodriqesə 4 tələb irəli sürdü: Maduro rədd etmişdi
Tramp administrasiyası Venesuelanın müvəqqəti lideri Delsi Rodriqesə qarşı dörd tələb irəli sürüb.
Publika.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Nikolas Maduro həmin şərtləri rədd etmişdi.
Rodrigesin narkotik qaçaqmalçılığının qarşısını almaq, İran və Kubadan olanlar da daxil olmaqla, "Vaşinqtona düşmən olan agentləri" Venesueladan qovmaq üçün tədbirlər görəcəyi gözlənilir. Vaşinqton həmçinin Rodriqesin ABŞ düşmənlərinə neft tədarükünü dayandırmasını və Venesuelada azad seçkilərin keçirilməsini tələb edir.
Nəşr qeyd edib ki, Rodriqesin bu tələbləri yerinə yetirməsi üçün konkret bir müddət verilməyib. Lakin Tramp əvvəllər Venesuelada "nizam-intizam bərpa olunana qədər" prezident seçkilərinin keçirilməsinin mümkün olmayacağını bildirmişdi.
Qəzet qeyd edib ki, Delsi Rodriqes Nikolas Maduronun və sosialist baxışların tərəfdarıdır. Buna baxmayaraq, qəzetin mənbələrinə görə, Vaşinqton tələblərinin yerinə yetirəcəyinə əmindir.
Tural
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ













.jpg)




















