Dünya
Böyük kəşf: Hər addım başı qızıl çıxır
Fil Dişi Sahilinin (Kot-d'İvuar) şimal-şərqində yerləşən Doropo şəhərində son 70 ilin ən böyük qızıl yatağı aşkar edilib.
Publika.az xəbər verir ki, hesablamalara görə, ərazidə 100 tondan çox qızıl mövcuddur.
Kəşf Rennes Universitetindən geoloq Ziandjede Herve Siagne tərəfindən aparılan araşdırmalar nəticəsində reallaşıb. Tədqiqatda hava ölçmələri və peyk görüntülərindən istifadə olunub.
Qızıl yatağını işləyəcək "Resolute Mining" şirkəti layihəyə 2026-cı ilin əvvəlində başlayacaq və inşaatın təxminən iki il davam edəcəyi gözlənilir. Layihənin ümumi dəyəri 500 milyon dollar təşkil edir və mədən ən az 20 il fəaliyyət göstərəcək.
Doropo mədəninin tam gücü ilə işləməsi halında ildə 200 min unsiyadan çox qızıl istehsal ediləcək və ölkəni Afrikadakı ən böyük qızıl istehsalçılarından birinə çevirəcək. Layihə həmçinin təxminən 3 min nəfərə birbaşa, 10 min nəfərə isə dolayı iş imkanı yaradacaq.
Bölgədə infrastruktur layihələri, yollar, elektrik xətləri, məktəb və xəstəxana tikintiləri də həyata keçiriləcək. Sondaj işləri hələ tam başa çatmayıb və ehtiyatın daha da artacağı gözlənilir. Təxminlər reallaşarsa, Fil Dişi Sahili 2030-cu ilə qədər ildə 100 ton qızıl istehsal edən ölkələr sırasında olacaq.
Layihə ölkənin yeraltı sərvətlərinin idarə olunmasına və iqtisadi inkişafına böyük təsir göstərəcək.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ













.jpg)




















