Dünya
Pitonun boğduğu şəxs xilas edildi
Çexiyanın Karlovı Varıya yaxın Qroznətin şəhərində ötən gecə qeyri-adi xilasetmə əməliyyatı həyata keçirilib.
Publika.az xəbər verir ki, yerli ilan fermasının sahibi təcili yardım xidmətinə zəng edərək pitonun onu boğduğunu bildirib. Hadisə yerinə gələn xilasedicilər iki metr uzunluğunda, “Meri” adlı pitonu onun boynundan çıxarmağa nail olublar.
Xilasetmə xidmətinin sözçüsü Martin Kasalın verdiyi məlumata görə, zəng edən şəxsin səsindən vəziyyətin kritik olduğu dərhal hiss olunub. Cəmi yeddi dəqiqə sonra hadisə yerinə çatan xilasedicilər ilanı böyük çətinliklə, heyvana zərər vermədən ayırıblar və onu yenidən terrariuma yerləşdiriblər.
Zərərçəkənə ilkin tibbi yardım, o cümlədən oksigen dəstəyi göstərilib. Həm ferma sahibi, həm də piton sağ qalıb.
Qeyd olunub ki, bu, həmin pitonla bağlı ilk hadisə deyil.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ













.jpg)




















