Dünya
Rusiya ABŞ-ın təqib etdiyi gəmiyə görə donanma göndərdi: Atlantik okeanında nə baş verir?
İddialara görə, Rusiya ABŞ-ın Venesuela sahillərində ələ keçirməyə cəhd etdiyi “Marinera” tankerini müşayiət etmək üçün sualtı qayıq və digər dəniz qüvvələrini göndərib.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Bu məlumatın rəsmi təsdiqi yoxdur. “Reuters” agentliyi də Rusiya tərəfindən şərh ala bilməyib.
Əvvəllər “Bella 1” kimi tanınan tanker iki həftədən çoxdur ki, ABŞ-ın Venesuelaya tətbiq etdiyi blokadanı aşmağa çalışır. Gəmi Bolivar Respublikasındakı bir limana lövbər salıb neft yükləyə bilməyib. Boş olmasına baxmayaraq, ABŞ Sahil Mühafizəsi onu Atlantik okeanında təqib edir və Rusiyanın qara bazarda satdığı iddia edilən neft də daxil olmaqla, dünyanın hər yerinə qanunsuz neft daşıyan tanker donanmasına aid edir.
Tanker, Yəmənin şimalına hakim olan Şiə Ənsar Allah (Husi) hərəkatının maliyyələşdirilməsinə qarşı mübarizə kampaniyasının bir hissəsi olaraq, 2024-cü ildən bəri ABŞ sanksiyaları altındadır. Onun heyəti əsasən Rusiya, Ukrayna və Hindistan vətəndaşlarından ibarətdir.
21 dekabr 2025-ci ildə Amerika təhlükəsizlik qüvvələri yoxlama üçün gəmiyə minməyə cəhd edib, lakin heyət onların əmrlərinə məhəl qoymayıb və Atlantik okeanına girib. ABŞ Sahil Mühafizəsi gəmiləri tankeri təqib etməyə başlayanda göyərtədə Rusiya bayrağı asılıb, gəminin adı “Marinera” olaraq dəyişdirilib.
O vaxtdan bəri tanker daim nəzarət altındadır. Xüsusilə, “Marinera” ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç Boeing P-8A Poseidon kəşfiyyat təyyarəsi tərəfindən izlənilir.
Gəmiyə minmək üçün başqa cəhdlər edilməyib. Ekspertlər nəşrə izah ediblər ki, ABŞ-ın güc tətbiq etmək cəhdi Rusiya və İrandan cavab tədbirləri üçün də qapı aça bilər. Lakin CNN-in məlumatına görə, ABŞ ordusu hələ də tankeri ələ keçirmək ehtimalını müzakirə edir.
“MarineTraffic” gəmi izləmə sisteminə görə, tankerin son məlum ötürmə sistemi Atlantik okeanının ortasında, ABŞ və Böyük Britaniya sahillərindən təxminən eyni məsafədə olub. Həmin vaxt “Marinera” şimal-şərqə, Rusiyanın ərazi sularına doğru hərəkət edirmiş.
Gəmi hazırda İslandiyadan təxminən 500 kilometr cənubda yerləşir.
Tural
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ













.jpg)




















