Dünya
Maduro 113 ton qızılı görün hansı ölkəyə qaçırıbmış
Venesuela iqtisadiyyatının çökdüyü illərdə Nikolas Maduro hökumətinin ölkə rezervindəki qızılları böyük miqyasda ölkədən çıxardığı sənədlərlə sübut olunub.
Publika.az xəbər verir ki, 2013-2016-cı illər arasında Mərkəzi Banka məxsus 113 ton qızıl İsveçrəyə daşınıb.
"Reuters" və İsveçrənin SRF telekanalının araşdırmasına görə, daşınan qızılın ümumi dəyəri təxminən 5,2 milyar dollar (4,14 milyar İsveçrə frankı) təşkil edib.
Ekspertlər bildirirlər ki, Maduro rəhbərliyi neft gəlirlərinin azalması və ABŞ sanksiyaları səbəbindən yaranan valyuta qıtlığını aradan qaldırmaq üçün qızılları nağd pula çevirməyə çalışıb. Qızıllar İsveçrə emal zavodlarına (rafinerilərə) sertifikatlaşdırılması və daha asan satılması üçün göndərilib.
2017-ci ildə Avropa İttifaqının sanksiyaları dövrəyə girdikdən sonra bu xətt tamamilə bağlanıb. Gömrük qeydlərinə görə, 2017-2025-ci illər arasında İsveçrəyə hər hansı qızıl daşınması qeydə alınmayıb.
İsveçrə Federal Şurası 5 yanvar 2026-cı il tarixində Nikolas Maduro və onun 36 yaxın adamına məxsus bütün əmlak və aktivləri dondurub. İsveçrə rəsmiləri bildiriblər ki, əgər bu vəsaitlərin qanunsuz yollarla əldə edildiyi sübut olunarsa, gələcəkdə həmin vəsaitlər Venesuela xalqına qaytarıla bilər.
"StoneX" bazar analitiki Rona O'Konell qeyd edib ki, 2012-2016-cı illər arasında Venesuela Mərkəzi Bankı "məcburi satış" dövrünə girmişdi. Onun sözlərinə görə, bu qızılların bir hissəsi maliyyə qurumlarının əlində qalıb, bir hissəsi isə kiçik külçələr şəklində Asiya bazarlarına yönəldilib.
(Milli.az)
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ













.jpg)



















