Dünya
Tramp ilk dəfə açıqladı: Venesuela ilə bağlı görün nə planlaşdırır
ABŞ prezidenti Donald Tramp "The New York Times" qəzetinə müsahibəsində Venesuela planından danışıb.
Publika.az xəbər verir ki, Tramp Venesuelanı “çox gəlirli” şəkildə yenidən quracaqlarını iddia edib.
O, neftin bu planın mərkəzində olduğunu vurğulayıb: “Biz neftdən istifadə edəcəyik, neft alacağıq. Neft qiymətlərini aşağı salırıq. Eyni zamanda, Venesuelaya çox ehtiyac duyduğu pulu verəcəyik”.
Tramp hazırda həbsdə olan Nikolas Maduroya sadiq şəxslərdən ibarət müvəqqəti hökumətin ABŞ ilə əməkdaşlıq etdiyini iddia edərək, "onlar bizə lazım olduğunu düşündüyümüz hər şeyi verirlər" deyib. O, ABŞ-ın Venesuelada siyasi “nəzarətçi” kimi nə qədər qalacağına dair suala, "Bunu yalnız zaman göstərəcək" cavabını verib.
ABŞ lideri, həmçinin Venesuelaya şəxsən səfər etmək istədiyini dilə gətirib, lakin səfərlə bağlı konkret tarix açıqlamayıb.
Tramp son olaraq, Karakasda həyata keçirilən əməliyyatı "böyük uğur" adlandırıb.
Roza
-
MDB11:04Yarım metr qar yağıb, axşama qədər 65 sm-i ötəcək: Əhaliyə xəbərdarlıq edildi
-
Dünya10:52Venesueladan Maduroya mesaj: Sənə sadiqik, mübarizə aparacağıq
-
Sosial10:20Pensiya alanlara ŞAD XƏBƏR
-
Nida Xəbər 09:50Mübariz Mənsimov barəsində istintaq başladıldı
-
Dünya09:18Ukrayna Rusiyanın bu vilayətinə hücum etdi: Yarım milyon insan...
-
Sosial09:06Bu məktəbdə dərslər dayandırıldı
-
İdman06:46“Satqın” ərinin FOTOSUNU paylaşdı - Bütün Ukrayna qəzəbləndi
-
Magazin106:16Ülviyyə Vəfanın yalan danışdığını iddia etdi
































