Dünya
“Qiyamət buzlağı” sürətlə əriyir - Rusiya təhlükə altındadır?
“Qiyamət buzlağı” kimi tanınan Tüeyts buzlağının əriməsinin (bu proses dəniz səviyyəsinin əhəmiyyətli dərəcədə qalxmasına səbəb ola bilər - red.) Rusiya, xüsusilə də Sankt-Peterburq üçün yaratdığı təhlükə qiymətləndirilib.
Publika.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Aqrar-ərzaq siyasəti və təbiətdən istifadə komitəsinin sədr müavini Sergey Anoprienko TASS-a açıqlamasında bildirib. O, burada təhlükə olmadığını və bunun təbii proses olduğunu qeyd edib.
“Əslində söhbət buzun qopması və buzlaqların hərəkət etməsi kimi normal təbii prosesdən gedir. Buzlaqlar hərəkət edərək “yaşayır”, yəni buzun bir hissəsi müntəzəm olaraq okeana aysberq formasında düşür və axınla hərəkət edir”, - deyə o izah edib.
Anoprienko bildirib ki, aysberqlər isti enliklərə doğru hərəkət etdikdə tədricən əriyir və okeanda artıq üzən buz kütlələri su səviyyəsinə “normadan artıq” təsir göstərmir.
Senator həmçinin təbiətdə mövsümi su dövranına diqqət çəkib. Onun sözlərinə görə, əsas məsələ bu proseslərin sürətini və balansını düzgün qiymətləndirməkdir.
“Yeganə praktik çıxış yolu var, o da riskləri proqnozlaşdırmaq və adaptasiya tədbirlərini qabaqcadan hazırlamaq. Sankt-Peterburqun belə bir planı var və o, kifayət qədər güclüdür. Bu plan A. İ. Voyeykov adına Baş Geofizika Rəsədxanasında hazırlanıb. Bu, iqlim çağırışlarına panika ilə yox, hesablamalar, monitorinq və infrastrukturun hazırlığı ilə cavab verməyin nümunəsidir”, - deyə Anoprienko vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Kaliforniya Universitetinin alimləri “Qiyamət buzlağı”nın əvvəl düşünüldüyündən daha həssas olduğunu və onun daha da geri çəkilməsinin sahilyanı ərazilər üçün təhlükə yaratdığını bildirmişdilər.
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var














.jpg)


















