Dünya
Rusiya ilə Şimali Koreya hərbi əməkdaşlığı genişlənir, bu ölkələr üçün risk var - Zelenskidən xəbərdarlıq
Şimali Koreya Rusiyanın silahla təchizatını davam edir, müharibədə qazanılan təcrübə isə rəsmi Pxenyana raket qabiliyyətlərini artırmağa imkan verə bilər.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.
Onun sözlərinə görə, Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlıq genişlənir.
Ukrayna lideri bildirib ki, eəsmi Pxenyan təkcə Moskvanı silahla təmin etmir, həm də Ukraynaya qarşı müharibədəki təcrübə sayəsində hərbi sahədə inkişafını təkmilləşdirmək imkanı qazanır.
"Təsəvvür edin, Rusiya Şimali Koreyadan əlavə ballistik raketlər alıb. Dünyanın hər yerində bunun nə demək olduğunu başa düşməlidirlər", - Zelenski vurğulayıb.
O, bu cür əməkdaşlığın nəticələrinin Ukraynadan kənara da yayıla biləcəyi barədə xəbərdarlıq edib. Ukrayna Prezidenti Şimali Koreya silahlarından davamlı istifadənin Asiya-Sakit okean regionundakı digər ölkələr üçün əlavə risklər yaratmasının mümkün olduğunu diqqətə çatdırıb.
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var















.jpg)


















