Sosial
Gömrük güzəşti 300 dollardan 100 dollara endirilir?
Vətəndaşların şəxsi istifadə üçün gömrük ödənişlərini ödəmədən xaricdən ölkəyə gətirə biləcəyi malların dəyəri 300 dollardan 100 dollara endiriləcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirilib.
Publika.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov APA-ya müsahibəsində onlarda bu barədə heç bir məlumatın olmadığını qeyd edib.
“Bu məbləğin 300 dollardan 100 dollara endirilməsi ciddi əsaslandırma tələb edir. Vaxtı ilə 300 dollar müəyyən edilərkən bu ən optimal bir rəqəm kimi arqumentləşdirilmişdir. İndi həmin rəqəmin 3 dəfə azaldılması ciddi suallar doğura bilər.
Həm də nəzərə almalıyıq ki, şəxsi istifadə üçün gətirilən mallar üzrə gömrük güzəşti limitinin 300 ABŞ dolları məbləğində müəyyən edilməsi özü-özlüyündə sosial mahiyyət daşıyır. Belə ki, bu vətəndaşların gündəlik tələbatının nisbətən əlverişli şərtlərlə ödənilməsinə xidmət edir. Optimal gömrük inzibatçılığı və nəzarəti şəraitində bu cür güzəştlərdən sui-istifadənin qarşısı alına bilər və vətəndaşlarımız bu imkanlardan istifadə edə bilərlər. Başqa sözlə, kommersiya xarakterli idxalın “şəxsi istifadə” adı altında rəsmiləşdirilməsi hallarının qarşısını 300 dollarlıq məbləği azaltmaqla yox, gömrük nəzarətini gücləndirməklə almaq olar.
Güzəştli limitin endirilməsi əvəzinə şəxsi istifadə ilə kommersiya idxalı arasındakı sərhədlər müvafiq qurumlar tərəfindən dəqiqləşdirilməli, eyni şəxsin qısa müddətdə çoxsaylı sifarişləri üzrə risk əsaslı nəzarət tədbirləri həyata keçirilməlidir. Bu məsələnin sosial effekti fiskal effektindən üstün tutulmalıdır”, - komitə sədri vurğulayıb.
-
Dünya13:18Ukrayna müharibəsinin həlli: Rusiya əsas şərtini açıqladı
-
İqtisadi gündəm12:48Kərə yağı BAHALAŞDI - Yeni qiymətlər
-
İqtisadi gündəm11:49Bu hallarda maaşlar ikiqat hesablanacaq
-
Nida Xəbər 11:45Murad Quliyevə hökm oxundu
-
Rəsmi xronika10:40İlham Əliyev Gideon Saarı qəbul etdi
-
Nida Xəbər 10:21Cəlil Əhmədov vəzifəsindən azad edildi
-
Dünya09:48Mərkəzi Banka xəbərdarlıq edildi: Hazırlaşın, kiçik yaşıl adamlar gəlir, xaos yaşanacaq
-
İqtisadi gündəm09:33Pensiya kapitalı nə qədər artırılacaq? - Rəsmi rəqəm elan olundu














.jpg)
























