Dünya
Bu ölkənin keçmiş birinci xanımı azadlıqdan məhrum edildi
Cənubi Koreyanın keçmiş prezidenti Yun Suk Yolun həyat yoldaşı Kim Keon Hi barəsində 1 il 8 aylıq həbs qərarı verilib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, məhkəmə keçmiş birinci xanımı korrupsiyaya qarşı mübarizə qanunlarını pozmaqda ittiham edib. Xüsusi prokurorluq qrupu ona qarşı üç əsas ittiham irəli sürüb və o, ikisində günahsız bilinib.
Kim Keon Hi daha əvvəl avtomobil dilerinin səhm qiymətlərini manipulyasiya etməkdə ittiham olunurdu. Məlumata görə, o, fırıldaqçılıq ilə 810 milyon von (564 min dollar) mənfəət əldə edib. Məhkəmə onu bu ittihamda da günahsız hesab edib.
Qeyd edək ki, Cənubi Koreyanın keçmiş prezidenti Yun Suk Yol rəsmi sənədləri saxtalaşdırmaqda, hərbi vəziyyət elan etməzdən əvvəl lazımi prosedurlara əməl etməməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
Roza
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi

































