İdman
Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
“Oyunu çox təəssüf hissi ilə qarşılayırıq. Xüsusən də, Əliyar Ağayevin təyinatı zamanı başımıza belə bir hadisənin gələcəyini ehtimal edirdik”.
Publika.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Zirə”yə 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.
Jurnalistlərin suallarını cavablandıran klub rəhbəri görüşün baş hakimi Əliyar Ağayevdən sərt şəkildə narazılığını ifadə edib:
“Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, ayaq üstə içsinlər, tək ayaq üstə içsinlər, amma haqqımızı, oyunçuların haqqını içməsinlər. İl boyu çəkdiyimiz əziyyət bir gündə yerə vurulur. Bunlar dəyişməlidir. Xüsusən də, Əliyar Ağayevin “Turan Tovuz”un oyunlarına təyinatı zamanı belə halları gözləyirdik. Çempionatdakı oyundan sonra da “səhv etmişəm, insanıq” mesajı bizə göndərildi. Haqqımız, uşaqların alın təri Əliyar Ağayevin haramı olsun. “Zirə”nin qələbəsinə kölgə salmaq istəmirəm. Amma futbolumuzda bu şeylər dəyişdirilməlidir. Biriləri bəzi şeyləri dilə gətirməlidir. Biz dilə gətirmədikcə, səssiz qaldıqca, “Əliyargillər” belə oyunlar idarə edəcək, futbolumuzu bu günə qoyacaq. Yatırım etməyin də anlamı yoxdur. Belə çıxır ki, əziyyət çəkməyin də, oyunçu transfer etməyin də anlamı yoxdur, “Əliyargillər”dən canımız, futbolumuzun “can”ı qurtarmalıdır. Oyundakı epizodları hamınız gördünüz. Futbol ictimaiyyətinin görməsini istəyirəm. “Turan Tovuz” azarkeşlərinin səssiz qalmamasını istəyirəm. Artıq bu qədər olmaz. Bir mövsümlük əziyyətimiz boşuna gedir. İki toplanış etmişik, çoxlu investisiya etmişik. Amma Əliyar Ağayev kimilər bizə oynamaq imkanı vermir”.
- Hansısa addım atmaq fikrindəsiniz?
- Heç nə. Nə addım atacağıq ki?
- Sizcə, Əliyar Ağayev kiminsə sifarişini yerinə yetirir?
- Mən bilmirəm. Əliyar Ağayevin oyunlarına baxın, görəcəksiniz. Hamı bilir. Bunlardan canımızı qutarmalıdır. Kaş ki, suyu uzanaraq içərdilər. Suyu oturaraq içirlər ki, haramdır başqa cür. Bəs bu qədər futbolçunun haqqını yemək, hüququna toxunmaq halaldır? Evlərinə çörəyi necə aparırlar? Onlar bunu gözdən keçirsinlər. Hərə evinə apardığı çörəyi halallıqla aparmalıdır. Bütün haqqımız da haram olsun.
-
İdman21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu
-
Yaxın Şərq17:33Regionda gərginlik artır: Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə yeritdi
-
Rəsmi xronika16:10İlham Əliyev sərəncam imzaladı



































