Türkiyə ordusunu bu bölgədən çıxarıb?
Bizi izləyin

Dünya

Türkiyə ordusunu bu bölgədən çıxarıb?

Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin “Sülh çeşməsi” bölgəsindəki bəzi ərazilərdən geri çəkilməsi iddiaları ilə bağlı bəyanat yayıb.

Publika.az xəbər verir ki, nazirlik sözügedən iddiaları təkzib edib.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri Suriya hökuməti ilə koordinasiyalı şəkildə bölgədə fəaliyyətini davam etdirir:

"Türkiyə Silahlı Qüvvələrinin “Sülh çeşməsi” bölgəsindəki bəzi ərazilərdən geri çəkilməsi xəbəri həqiqəti əks etdirmir. Dezinformasiya ehtiva edən bu cür qəsdən yayılan xəbərlərə etibar etməmək və yalnız rəsmi açıqlamaları nəzərə almaq vacibdir".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm