Estoniyadan bu ölkələrin vətəndaşlarına qadağa: Daşınmaz əmlak ala bilməyəcəklər
Bizi izləyin

Dünya

Estoniyadan bu ölkələrin vətəndaşlarına qadağa: Daşınmaz əmlak ala bilməyəcəklər

Estoniya hökuməti Belarus və Rusiya vətəndaşlarının ölkədə daşınmaz əmlak əldə etməsinə məhdudiyyət tətbiq edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Delfi" nəşri məlumat yayıb.

Bildirilir ki, bu qadağanın təşəbbüskarı Estoniyanın daxili işlər naziri İqor Tarodur.

Nazirin sözlərinə görə, bu ölkələrin vətəndaşları üçün ölkəyə giriş və qalma qadağasının tətbiqindən sonra məntiqi bir addım onları daşınmaz əmlak almaq hüququndan məhrum etməkdir.

Taro hesab edir ki, daşınmaz əmlak kəşfiyyat və təxribat, o cümlədən Estoniyaya qarşı böhranlarda istifadə edilə biləcək hazırlıq sahələri kimi istifadə edilə bilər.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm