Region
Köçəryan Paşinyanı Türkiyənin agenti adlandırdı: Təkcə Hakan Fidan deyil...
Bu gün, 29 yanvar tarixində keçirilən mətbuat konfransında Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryan Ermənistandakı daxili və xarici siyasi vəziyyət haqda danışıb.
Publika.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, o, xüsusilə Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamasına reaksiya verib.
Hakan Fidan bildirmişdi ki, Ermənistanda keçiriləcək seçkilər ərəfəsində xalq Paşinyanı dəstəkləyir.
“Təkcə Hakan Fidan deyil, həm də Kaya Kallas Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanı birbaşa dəstəkləyir. Düşünmürəm ki, bu, onların şəxsi təşəbbüsüdür. Bu, Ermənistandan gəlir. Hazırkı hakimiyyət xarici səfərlər vasitəsilə siyasətini təqdim edir, Qərb yolunun tərəfdarı olduqlarını və Rusiya ilə münasibətlərdə mümkün gərginliyə tab gətirməyə hazır olduqlarını bildirirlər. Mixeil Saakaşvili də keçmişdə oxşar strategiyadan istifadə edərək münasibətləri gərginləşdirir və sonra dəstək ümidi ilə Qərbə üz tuturdu”, - Köçəryan bildirib.
Onun sözlərinə görə, bu, əvvəlki siyasi təcrübəni təkrarlayır, lakin Ermənistan indi əks yolu seçib: "Bu, eyni modeldir, yalnız əks effekt verir. Əvvəllər biz bəzi ölkələrlə münasibətlərə xələl gətirmədən konstruktiv siyasət yürütməyə çalışırdıq. İndi isə Ermənistan tam əksini edir - Qərbdən müəyyən dəstək almağa ümid edərək münasibətləri gərginləşdirir", - deyə o əlavə edib.
“Mənim üçün motivasiyası anlaşılmaz olan bir siyasət görürəm. Əgər Ermənistan lideri Türkiyənin agenti olsaydı, bu gün Nikol Paşinyanın atdığı addımları atardı. Mən bunu başa düşmürəm. Çünki çox sadə məsələlərdə onlar çox ciddi nəticələrə səbəb olan şeylər edirlər”, - deyə Köçəryan qeyd edib.
Tural
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?













.jpg)

.jpg)


.jpg)


.jpg)
















