Dünya
Qol və çiyin ağrısı olan kişidə ölümcül xəstəlik aşkarlandı
Böyük Britaniyada yaşayan 49 yaşlı kişinin bir il ərzində davam edən qol və çiyin ağrısının səbəbinin dördüncü mərhələ ağciyər xərçəngi olduğu müəyyən edilib.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilib ki, kişi uzun müddət çiyin və qol nahiyəsində artan ağrılar hiss edib. İlkin mərhələdə bu vəziyyət əzələ gərginliyi ilə əlaqələndirilib, daha sonra isə sinirin sıxılması diaqnozu qoyulub. Lakin tətbiq olunan müalicələr və ağrıkəsicilər vəziyyəti yüngülləşdirməyib.
Zaman keçdikcə ağrılar daha da şiddətlənib. Xüsusilə gecələr ağrı dözülməz həddə çatıb. Tədricən onun hərəkət imkanları məhdudlaşıb, özünə qulluq etməkdə çətinliklər yaranıb. Aparılan əlavə tibbi müayinələr nəticəsində ağrının əsl səbəbinin dördüncü mərhələ ağciyər xərçəngi olduğu ortaya çıxıb.
Müəyyən edilib ki, ağciyərdə yerləşən şiş boyun və qola gedən sinirə təzyiq göstərir. Bu isə güclü çiyin və qol ağrısına səbəb olur. Diqqətçəkən məqam isə odur ki, xəstədə öskürək, nəfəs darlığı kimi ağciyər xərçənginə xas olan klassik simptomlar müşahidə olunmayıb. Bu da diaqnozun gecikməsinə səbəb olub.
Roza
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial3 Aprel 18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu

































