İran Türkiyəyə ümid bağladı - İstanbulda mühüm görüş
Bizi izləyin

Dünya

İran Türkiyəyə ümid bağladı - İstanbulda mühüm görüş

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki ölkənin nazirləri birgə mətbuat konfransında çıxış ediblər.

Hakan Fidan çıxışı zamanı İranda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb.

"İranın sülhü həm bizim, həm də region üçün vacibdir. Biz problemləri həll etmək üçün hərbi müdaxilənin əleyhinəyik. Problemlər danışıqlar və diplomatiya yolu ilə həll edilməlidir. ABŞ və İranı danışıqlar masasına çağırırıq. Türkiyə olaraq sülh üçün əlimizdən gələni etməyə hazırıq. İranın daxili işlərinə xarici müdaxilə olmamalıdır, hadisələri yaxından izləyirik", - deyə türkiyəli nazir qeyd edib.

Abbas Əraqçi isə çıxışında İranın danışıqlara hazır olduğunu bəyan edib:

"Bölgədəki münaqişələri və dağıdıcı hadisələri müzakirə etdik. Bir ölkənin müharibəyə girməsi bütün bölgədə müharibə təhlükəsi yaradacaq. İranın milli və regional maraqlarını qorumaq tərəfindəyik. Təhdidlərə boyun əyməyəcəyik. ABŞ xoş niyyət nümayiş etdirmir. İran isə bütün danışıq proseslərinə, nüvə məsələləri ilə bağlı masa arxasına oturmağa hazırdır. Biz sülhü təmin etmək və regional ölkələr arasında münaqişələri azaltmaq üçün danışıqların tərəfdarıyıq".

Əraqçi, həmçinin görüş zamanı Qəzza, Suriya, Livan və İraq məsələlərini də müzakirə etdiklərini qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm