Almaniyadan ukraynalı qaçqınlara zərbə: Apreldən etibarən 700 min nəfər...
Bizi izləyin

Dünya

Almaniyadan ukraynalı qaçqınlara zərbə: Apreldən etibarən 700 min nəfər...

Almaniya ukraynalı qaçqınlara maliyyə dəstəyini azaltmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Welt" nəşri məlumat yayıb.

Bildirilir ki, yeni planlara əsasən, ukraynalı qaçqınlar mövcud sosial yardım mexanizmi əvəzinə sığınacaq axtaran şəxslər üçün nəzərdə tutulan qanun çərçivəsində ödənişlər alacaqlar. Bu isə müavinətlərin həcminin əhəmiyyətli dərəcədə azalması deməkdir.

Bu plan Bərabərlik Sosial Təminatı Assosiasiyası tərəfindən tənqid edilib. Təşkilat bildirib ki, bu addım minlərlə insanı yoxsulluq riski ilə üz-üzə qoyacaq və onların əmək bazarına inteqrasiyasını daha da çətinləşdirəcək.

Məsələ yaxın vaxtlarda Federal Şura tərəfindən müzakirəyə çıxarılacaq. Qərar təsdiqlənərsə, dəyişikliklərin 2026-cı ilin aprelindən etibarən qüvvəyə minməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Almaniyada təxminən 1,2 milyon ukraynalı yaşayır. Onlardan təqribən 700 mini sosial müavinət alır.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm