ABŞ
Birinci xanımın həyatı ekranlarda: Melaniya bu filmdən nə qazanacaq?
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp haqqında "Melaniya" adlı sənədli film çəkilib.
Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, 104 dəqiqəlik sənədli filmdə ABŞ-ın birinci xanımının Donald Trampın ikinci andiçmə mərasiminə (1-20 yanvar 2025 - red.) qədər olan 20 günlük həyatı əks olunub.
Filmin prodüseri Mark Bekman müsahibəsində Melaniya Trampın filmin yaradıcı istiqamətinə rəhbərlik etdiyini bildirib. Onun sözlərinə görə, filmdə birinci xanımın moda seçimləri, diplomatik əlaqələri və Gizli Xidmətin (Secret Service) fəaliyyəti ilə bağlı proseslər ön plana çıxarılıb. Bekman qeyd edib ki, izləyicilər, həmçinin prezidentin yumor hissini əks etdirən anları da görəcəklər.
Filmin rejissoru isə Pik saatı (ing. Rush Hour) franşizası ilə tanınan rejissor Brett Ratnerdir.

Filmin büdcəsi nə qədərdir?
"Amazon MGM Studios" filmi əldə etmək hüququnu 40 milyon dollarlıq razılaşma ilə satın alıb. Bundan əlavə, Las-Veqasdakı "The Sphere" binasının üzərinə filmin treylerinin ağ-qara proyeksiyası da daxil olmaqla, diqqətçəkən reklam kampaniyası üçün 35 milyon dollar xərclənib.
"The New York Times"ın məlumatına görə, bu məbləğə bu ilin sonlarında yayımlanacaq əlaqəli sənədli serial da daxildir. "Amazon" filmi almaq üçün "Disney"dən gələn ikinci ən yüksək təklifdən təxminən 26 milyon dollar daha çox ödəyib. Onun reklam büdcəsi digər yüksək səviyyəli sənədli filmlərin reklam büdcəsindən təxminən 10 dəfə böyükdür.

Birinci xanım film üçün nə qədər pul alıb?
Melaniya filmin icraçı prodüseri kimi fəaliyyət göstərib, bu da ona redaksiya qərarları üzərində böyük nəzarət imkanı verib. AFP agentliyinin məlumatına görə, o, 40 milyon dolların 70 faizini məhz özü alacaq.
Bazar tədqiqatçısı "Boxoffice" bildirir ki, filmin bilet satışlarının qiyməti 1-2 milyon dollar arasında olacaq.
"The Guardian" nəşrinin məlumatına görə, Birləşmiş Krallığın ən böyük kino operatorlarından biri olan "Vue"nin baş icraçı direktoru bilet satışlarının çox aşağı səviyyədə olduğunu bildirib. Bu fonda zəif bilet satışları layihənin kassada uğursuzluqla üzləşə biləcəyi ehtimalını gücləndirib.
Qeyd edək ki, dünən Kennedi Mərkəzində filmin nümayişi keçirilib.
Roza
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama












.jpg)






















