Dünya
Edam olunacaqdı: İran etirazlarının simvolu sərbəst buraxıldı
İranda rejim əleyhinə etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan və barəsində ölüm hökmü veriləcəyi gözlənilən Erfan Soltani şənbə günü girov müqabilində azadlığa buraxılıb.
Publika.az "CNN"-ə istinadən xəbər verir ki, Soltaninin vəkilinin sözlərinə görə, onun azadlığa buraxılması müqabilində 2 milyard İran rialı (təxminən 2860 manat) ödənilib.
İran dövlət mediası da dünən Soltaninin azadlığa buraxıldığını təsdiqləyib. Onlar Soltanini “İranda xarici güclər tərəfindən dəstəklənən biri” kimi təsvir ediblər.
Soltani İrandakı etirazların simvollarından biri kimi qəbul edilir.
ABŞ mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) iddiasına görə, 28 dekabrda hadisələr başlayandan bəri İranda 6300-dən çox insan öldürülüb. İran İnsan Hüquqları təşkilatı isə son ölüm sayının 25 mini keçə biləcəyini iddia edib.
Roza
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial3 Aprel 18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu

































