Dünya
Türkiyə-Misir əməkdaşlığında böyük hədəf - Tarix açıqlandı
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Misirə rəsmi səfər edəcək.
Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, Türkiyə liderinin Qahirəyə bir günlük səfəri çərçivəsində Türkiyə-Misir Biznes Forumunun keçirilməsi planlaşdırılır.
Həmçinin səfərin iki ölkə arasında müxtəlif sahələrdə yeni tərəfdaşlıqların qurulmasına və investisiya imkanlarının açılmasına töhfə verəcəyi gözlənilir.
Bununla yanaşı, iki ölkə arasında ticarətlə bağlı hədəf də müəyyənləşdirilib. Məlumata görə, Ərdoğan və Misir prezidenti Əbdülfəttah əs-Sisi iki ölkə arasında ticarət həcminin 2028-ci ilə qədər 15 milyard dollara çatması üçün hədəf müəyyən ediblər.
Bildirilib ki, hər iki ölkənin müvafiq nazirlikləri bu hədəfə çatmaq və investisiya mühitini yaxşılaşdırmaq üçün müxtəlif görüşlər vasitəsilə birgə səylər göstərirlər.
Qeyd edək ki, Türkiyə ilə Misir arasında münasibətlər son zamanlar hərbi sahədə də sürətlənib. 2025-ci ilin may ayında Misir Baş Qərargah rəisi Əhməd Fəthi Xəlifə Türkiyəyə səfəri zamanı Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Baş Qərargah rəisi general Metin Gürakla görüşüb.
Roza
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi

































